Modern.az

İŞİD 200 əsgəri soyundurub edam etdi - FOTOLAR

İŞİD 200 əsgəri soyundurub edam etdi - FOTOLAR

Təhsil

28 Avqust 2014, 17:36


Terror təşkilatı İraq Şam İslam Dövlətinin (İŞİD) Rakkadakı Tabka hərbi hava limanında yoxlama keçirərkən ətrafdakı əkinçilik ərazilərinə qaçan İraq ordusunun 200 əsgərini öldürdüyü bildirilir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, AA müxbirinin bölgədəki İŞİD-ə yaxın qaynaqlardan aldığı məlumata görə, terror təşkilatının yaraqlıları Tabka hərbi hava limanını ələ keçirdikləri əsnada birliklərindən qaçaraq Caravi əkinçilik ərazilərində saxlanan 200-ə yaxın əsgəri öldürüb, aralarında çox sayda zabitin də olduğu 250 əsgəri də əsir alıb.

Bu ərazilərdə xidmət edən əsgərinin İŞİD yaraqlıları tərəfindən mühasirəyə alındığını iddia edən qaynaqlar, Əsəd güclərinin bölgəyə əsgərlərini qurtarmaq üçün əməliyyat təşkil etdiyini, lakin müvəffəqiyyətli olmadığını irəli sürüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı