Modern.az

Ərdoğanın inauqurasiyasında qalmaqal: müxalifətçi parlamentin sədrinə kitab atdı

Ərdoğanın inauqurasiyasında qalmaqal: müxalifətçi parlamentin sədrinə kitab atdı

Təhsil

28 Avqust 2014, 18:16

Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın bu gün keçirilən andiçmə mərasimi qalmaqalsız ötüşməyib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının deputatları inauqurasiyanın keçirildiyi Türkiyə Böyük Millət Məclisinin zalında yumruqları ilə stolların üstünə vuraraq etirazlarını bildiriblər. Parlamentin sədri Cəmil Çiçək müxalifəti dövlətin və parlamentin ənənələrinə hörmət etməyə çağırıb. Bundan sonra müxalifət partiyasının nümayəndəsi Engin Altay Cəmil Çiçəyə Türkiyə Konstitusiyası yazılan kitab atıb. Bundan sonra CHP-nin deputatları zalı tərk ediblər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı