Portuqaliyanın Lissabon şəhərində çalışan Azərbaycanlı alim Kamran Mahmudov Azərbaycan elmində ilkə imza atıb. 32 yaşlı elmlər doktoru dünyanın ən nüfuzlu elmi-kimya jurnalı olan “İnorganic Chemistry”-yə ilk dəfə olaraq Azərbaycanın adını daxil edib. Bu barədə Modern.az-a gənc alimin özü məlumat verib. Onun dediyinə görə elmi jurnalda qeyri-üzvi kimya sahəsinə aid üç yeni formulası çap olunub ki, bu da bir Azərbaycan aliminin o jurnalda ilk çıxışıdır:
“Qeyri-üzvi kimya ixtisası üzrə dünyada bir nömrəli jurnaldır. İlk dəfə olaraq Azərbaycanın adını ora mən daxil etdim. Orada üç rəyçi oldu və hamısı da müsbət rəy yazdı. Jurnala təqdim etdiyim məqalədə bu sahə üzrə orada ilk dəfə molekulyar açarların idarə edilməsi üçün yeni metod işlənilib. Bundan başqa iki müxtəlif molekulda nitrillərin eyni zamanda aktivləşdirilməsi üçün kooperativ effektdən - hidrogen rabitəsi və koordinasiya istifadə edilib. “ Elmin Nuri