Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 28-də keçirilən inauqurasiya mərasimindən sonra Çankaya köşkündən ayrılan Abdulla Gül İstanbula yola düşüb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gül cütlüyünün yeni iqamətgahı da artıq məlumdur. Prezident seçkiləri kampaniyası başlamazdan əvvəl may ayında Çekmeköydə villa satın alan Abdulla Gül şəxsi və qiymətli əşyalarını da həmin evə daşıyıb. Beləliklə, səlahiyyət müddəti avqustun 28-də başa çatan Abdulla Gül bu tarix etibarilə həm xarici işlər naziri, həm də prezident olduğu dövrdə, təxminən 11 ildir istifadə etdiyi mənzilini boşaldıb.
Modern.az