Modern.az

Siyəzəndə 2 nəfər yol qəzasında öldü

Siyəzəndə 2 nəfər yol qəzasında öldü

Təhsil

29 Avqust 2014, 09:16


Siyəzən rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Rayon ərazisində minik maşını su kanalına düşüb.

Qəza zamanı avtomobildə olan 4 nəfərdən 2 nəfəri sudan sağ çıxarılıb. Digər 2 nəfər isə batıb.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzdən verilən məlumata görə, hadisə ötən gün axşam saat 22:37 radələrində baş verib. “VAZ-2107 markalı avtomobil Taxtalıkörpü adlanan suvarma kanalına düşməsi nəticəsində avtomobildə olan 1977-ci il təvəllüdlü Xızı rayon sakini Rəşad Pirəli oğlu Əmirov və 1997-ci il təvəllüdlü Əliisgəndər Əlövsət oğlu Babayev sudan sağ xilas olunub.

Digər sərnişinlər, 1986-cı il təvəllüdlü Bakı şəhər, Yasamal rayon saini 1986-cı il təvəllüdlü Əlikişi Zikrət oğlu Şirinov və Əliisgəndər Əlövsət oğlu Babayev suda batıblar.

Xilasedicilər hələlik Əlövsət Əliisgəndər oğlu Babayevin meyidini çıxarıblar. Digərinin meyidi axtarılır.

Qeyd edək ki, Əliisgəndər Babayev suda boğulan Əlövsət Babayevin oğludur.

Faktla bağlı araşdırma aparılır.(anspress.com)

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı