Modern.az

Müəllimin şagirdin başına saqqız yapışdırdığı iddiasına cavab

Müəllimin şagirdin başına saqqız yapışdırdığı iddiasına cavab

Təhsil

Bu gün, 14:10

Bakının 315 nömrəli tam orta məktəbində ingilis dili müəlliminin şagirdin başına saqqız yapışdırdığı barədə yayılan iddialara rəsmi münasibət bildirilib.

Modern.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Trend-in sorğusuna cavab olaraq məsələnin araşdırıldığını və iddiaların əsassız olduğunu açıqlayıb.

Bildirilib ki, valideynin hüquq-mühafizə orqanlarına müraciəti əsasında aparılan araşdırma nəticəsində iddianın təsdiqini tapmadığı müəyyən olunub və bununla bağlı rəsmi qərar qəbul edilib.

Qurumdan qeyd olunub ki, məktəbdaxili araşdırma da aparılıb, müəllim, valideyn və şagirdə müvafiq tövsiyələr verilib.

Həmçinin məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırmaların davam etdiyi vurğulanıb. İdarə nümayəndələrinin məktəbdə olduğu, şagird davranış qaydalarına əməl edilməsinə nəzarətin gücləndirildiyi və təlim-tərbiyə prosesinə uyğun olmayan hallarla bağlı maarifləndirmə işlərinin genişləndirildiyi bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə 315 nömrəli tam orta məktəbin 8 "B" sinif şagirdi Hacət Bədəlovun başına ingilis dili müəlliminin saqqız yapışdırdığı barədə məlumatlar yayılmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi