Modern.az

Xəzəryanı dövlətlərin rəsmiləri Bakıda toplaşacaq

Xəzəryanı dövlətlərin rəsmiləri Bakıda toplaşacaq

Təhsil

29 Avqust 2014, 09:41

Avqustun 26-28 atarixlərində Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 38-ci iclası keçirilib.

Azərbaycanın Rusiyadakı səfirliyindən Modern.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Xələf Xələfov, İran İslam Respublikası Xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Qazaxıstan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolova, Rusiya Federasiyası Prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət müəssisəsinin sədri Murad Atacanovun başçılıq etdiyi nümayəndə heyətləri iştirak ediblər.

İqor Bratçikovun sədrliyi ilə keçirilən iclas zamanı Dördüncü Xəzər Sammitinin yekun sənədlərinin hazırlığına xüsusi diqqət yetirilib.

Həmçinin yüksək səviyyəli görüşdə imzalanması nəzərdə tutulan Xəzər dənizində sərhədyanı ölkələrin əməkdaşlığının hüquqi bazasının möhkəmlənməsinə yönəlmiş beştərəfli hökumətlərarası sazişlərin mətnlərinin hazır olduğu qeyd olunub.

Nümayəndə heyətləri xüsusi işçi qrupunun 38-ci iclasının yekunlarını yüksək qiymətləndirib.

Xüsusi işçi qrupunun növbəti iclası Bakıda keçiriləcəkr. Keçirilmə tarixləri diplomatik kanallarla razılaşdırılacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı