Modern.az

Obamadan Putinə sərt MESAJ: ““Soyuq müharibə”dəki vaxtdan da də pis vəziyyətdəsiniz”

Obamadan Putinə sərt MESAJ: ““Soyuq müharibə”dəki vaxtdan da  də pis vəziyyətdəsiniz”

Təhsil

29 Avqust 2014, 10:06


“Rusiya Ukraynanın şərq regionlarında zorakılıq üçün məsuliyyət daşıyır”. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.

O bildirib ki, Rusiya münaqişəni təxribata sürüklədi. Ağ Ev rəhbəri Rusiya hərbçilərinin hərəkətlərini onların təlim keçməsi kimi dəyərləndirib.  

Barak Obama sanksiyalar girdabında boğulan Rusiyanın hərbi hərəkətlərini davam etdirməsini ona böyük ziyan vuracağını açıqlayıb: “Rusiya onları silahlandırır və separatçıları maliyyələşdirir. Bu artıq daxili münaqişə deyil. Rusiya Ukraynaya hərbi müdaxiləni davam etdirir. Ancaq belə hərəkətlər Rusiya üçün əlavə xərclər deməkdir. Bizim tətbiq etdiyimiz sanksiyalardan sonra Rusiya iqtisadiyyatında zəifləmə müşahidə olundu. Rusiya “Soyuq müharibə”dəki zamanlarda belə düşmədiyi təcrid vəziyyəti ilə üzləşib. Biz yeni sanksiyaları da tətbiq etməyə hazırıq”,-deyə Barak Obama bildirib.  

Qeyd edək ki, Rusiya hərbi texnikaları Ukraynanın Donetsk vilayətinə daxil olub. Ukrayna prezidenti Pyotr Poroşenko da bunu təsdiqləyib və Rusiyanın ölkəsinə hərbi müdaxilə etdiyini vurğulayıb.  

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı