Modern.az

ABŞ “İslam dövləti”nə qarşı beynəlxalq koalisiya yaradır

ABŞ “İslam dövləti”nə qarşı beynəlxalq koalisiya yaradır

Təhsil

29 Avqust 2014, 11:16

ABŞ Suriya və İraqda geniş əraziləri nəzarətində saxlayan “İslam dövləti” terror təşkilatına qarşı beynəlxalq koalisiya yaradır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Cen Psaki məlumat verib.

Rəsmi Vaşinqton Avropa və ərəb ölkələrindən ibarət koalisiya yaradaraq “İslam dövləti”nə qarşı mübarizə aparamğı planlaşdırır.

Psakinin sözlərinə görə, beynəlxalq əməkdaşlıq müxtəlif sahələrdə ola bilər.

“ABŞ-la yanaşı digər ölkələr də humanitar, hərbi, kəşfiyyat və diplomatik sahələrdə səylərini artırmalıdır. Artıq bir neçə ölkə bizə öz dəstəyini nümayiş etdirdi. Avstraliya, Kanada, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və s. ölkələr”, – deyə Psaki müttəfiqlərin adlarını sadalayıb.

Psakidən öncə Ağ Evin mətbuat xidmətinin rəhbəri Coş Ernest ABŞ-ın İraqdakı hərbi fəaliyyətini “İslam dövləti” qruplaşamsına qarşı mübarizədə kiçik bir komponent adlandırmışdı. Onun sözlərinə görə, İraq hakimiyyəti bu komponentin əsas hissəsidir.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı