Modern.az

Müsavat qurultaya hazırlıq prosesini sürətləndirib - Başqan müavini

Müsavat qurultaya hazırlıq prosesini sürətləndirib - Başqan müavini

Təhsil

29 Avqust 2014, 11:59

“Müsavat Partiyası qurultayqabağı 70-ə yaxın rayonda konfrans keçirib. Həmin rayonlardan qurultayda iştirak edəcək nümayəndələr də seçilib”. Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

Başqan müavininin  sözlərinə görə, qurultayqabağı işlər istər Bakıda, istərsə də bölgələrdə aparılır:  “Müsavat Partiyasında konfransların və yığıncaqların keçirilməsi üçün nizmnaməyə uyğun olaraq hazırlanmış təlimat var. Bütün konfranlar da həmin təlimata uyğun olaraq keçirilir. Artıq qurultayın nümayəndələri də seçilib”.

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayı sentyabr ayının axırlarında keçirilməlidir. Avqusrtun 28-dən başqanlığa namizədlərin irəli sürülməsinə start verilib.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı