
Avqustun 29-da «Azərbaycan saatı» proqramının aparıcısı, «Azadlıq» qəzetinin redaktoru Seymur Həzini polis saxlayıb. Bu barədə "Azadlıq" radiosuna vəkil Elton Quliyev məlumat verib.
«Mənə zəng elədi, bircə onu dedi ki, Abşeron polisi məni saxlayıb. Başqa bir söz deyə bilmədi».
Hələki Abşeron polisindən jurnalistin hansı səbəbdən saxlanması barədə məlumat almaq mümkün olmayıb.
***
Seymur Həzi vəkili Elton Quliyevlə danışıb. O, xuliqanlıqda ittiham olunduğunu deyib. Hazırda vəkili onunla görüşmək üçün hüquqi prosedurları keçir.
Modern.az