Modern.az

Köçəryan: “Siyasətə qayıtmağım vəziyyətdən asılı olacaq”

Köçəryan: “Siyasətə qayıtmağım vəziyyətdən asılı olacaq”

Təhsil

29 Avqust 2014, 16:03

Mənim siyasətə qayıtmağım vəziyyətdən asılıdır. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Noev Kovçeq” qəzetinə müsahibə verib. Avqustun 31-də 60 yaşı tamam olacaq Köçəryanın bundan sonra  yenidən hakimiyyətə qayıda biləcəyi ilə bağlı suala cavabında deyib:
“Açıq söyləyəcəyəm: yaşlı olduğumu hiss etmirəm. Hər şeyi indi fiziki cəhətdən 50 yaşımdakından yaxşı edirəm (vaxtımın çox hissəsini məşqlərdə keçirirəm). Daim nəyisə öyrənirəm, səyahət edirəm, biliyimi artırıram. Seçildiyim şirkətin Direktorlar Şurasına maksimum dərəcədə xeyir verməyə çalışıram. Bütün bunları siyasətdə tətbiq etməyə ehtiyac olacağını isə bilmirəm, bu şəraitdən asılıdır”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı