Modern.az

Azərbaycan Avtomobil Federasiyasından milli komandamıza dəstək - FOTO

Azərbaycan Avtomobil Federasiyasından milli komandamıza dəstək - FOTO

Təhsil

29 Avqust 2014, 22:41


Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə milli komandamız Beynəlxalq Ardeşen Offroad Yarışlarında iştirak edəcək.

Modern.az xəbər verir ki, Azərbaycan pilotları avqustun 30-31-də Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçiriləcək 3-cü Beynəlxalq Ardeşen Offroad Yarışlarında iştirak edəcək. Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə milli komandamız bu yarışda rəqib heyətlərlə mübarizə aparacaq.

3-cü Beynəlxalq Ardeşen Offroad Yarışlarında Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Ermənistan pilotları mübarizə aparacaqlar.

Xatırladaq ki, 2012-ci ildə keçirimiş 2-ci Beynəlxalq Ardeşen Offroad Yarışlarında Azərbaycan ekipajı gümüş medal qazanıb.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı