Modern.az

Putin Ollandla razılığa gəldi

Putin Ollandla razılığa gəldi

Təhsil

30 Avqust 2014, 10:33


Rusiya prezidenti Vladimir Putin ilə Fransa dövlət başçısı Fransua Olland arasında telefon danışığı olub. Modern.az saytı xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

Məlumata görə hər iki lider Avropa Birliyinin sammiti ərəfəsində Ukraynadakı gərgin vəziyyəti müzakirə ediblər. Ukraynadakı böhranın nizama salınması üçün mümkün variantlar haqqında fikir mübadiləsi aparılıb.  

Putin və Olland Ukraynadakı münaqişənin sülh yolu ilə tənzimlənməsinin vacibliyini vurğulayıblar.

Dövlət başçıları bunun üçün ikitərəfli və çoxtərəfli formatlarda əlaqələri davam etdirmək haqqında razılığa gəliblər.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı