
Ukrayna televiziyalarından birinin qonağı olan Milli Təhlükəsizlik və Müdafiə mərkəzinin rəhbəri Andrey Lısenko Şərqi Ukraynada aparılan antirettot əməliyyatlarında həlak olan hərbçilərin dəqiq sayını açıqlayıb.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Lısenko bu günə qədər 765 hərbçinin həlak olduğunu bildirib: “Milli Təhlükəsizlik Xidmətinin avqustun 29-na olan məlumatına görə antiterror əməliyyatı müddətində 765 hərbçi həlak olub. Bundan başqa, 2765 nəfər yaralı və 11 nəfər itkin düşən hərbçimiz var”.