Modern.az

Serj Sərkisyan Azərbaycana gəlir

Serj Sərkisyan Azərbaycana gəlir

Təhsil

30 Avqust 2014, 13:51

Ermənistan prezidenti Serj Sərkisyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 2-də Azərbaycan ərazisinə - işğal olunmuş Dağlıq Qarabağa səfər edəcək. Çağırılmamış "qonağın" səfərində məqsəd qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin 23-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etməkdir. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində nazirlər və diaspor erməniləri də olacaq. Məlumatda qeyd olunur ki, sentyabrın 2-də Xankəndidə separatçıların hərbi paradı və Şuşa şəhərində Geoloji Muzeyin açılışı nəzərdə tutulub.

Bundan bir gün öncə - sentyabrın 1-də Qarabağa Ermənistan parlamentinin bütün fraksiyalarını təmsil edən deputat qrupu səfər edəcək.

Xatırladaq ki, 1991-ci il sentyabrın 2-də Qarabağ separatçıları Azərbaycandan ayrıldıqlarını, qanunsuz olaraq öz müstəqilliklərini elan ediblər.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı