Ukraynanın şərqindəki ruspərəst separatçılar Ukrayna Silahlı Qüvvələrinə aid döyüş təyyarəsini vurub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Terrorla Mübarizə Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Belə ki, separatçılar Donbas bölgəsində Ukrayna Silahlı Qüvvələrinə aid Su-25 tipli təyyarəni rus zenit mərmisiylə vurublar. Pilot isə son anda paraşütlə təyyarədən atlaya bilib.Təyyarənin vurulmasında təxminən 1,5 saat sonra pilotun ən yaxın ərazi olan Ukrayna Milli Keşikçilər Birliyinə çatdığı deyilib.
Bundan başqa açıqlamada separatçılar tərəfindən 4 Ukrayna təyyarəsinin vurulmasına dair internetdə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi də vurğulanıb.
Rüfanə GÜNƏŞ