Modern.az

Ruhanidən Obamaya MESAJ: “İŞİD məsələsində sizinlə bir ola bilmərik”

Ruhanidən Obamaya MESAJ: “İŞİD məsələsində sizinlə bir ola bilmərik”

Təhsil

30 Avqust 2014, 23:10


İran “İslam Dövləti” (keçmiş adı İŞİD) adlı terrorçu qruplaşması ilə mübarizədə ABŞ-la əməkdaşlıq etməyəcək.

Modern.az saytı İran KİV-nə istinadən xəbər verir ki,  belə bəyanatla prezident Həsən Ruhani çıxış edib. Onun sözlərinə görə rəsmi Tehranın ABŞ-la bu istiqamətdə heç bir planı yoxdur.

İran prezidenti bildirib ki, ölkəsi terrorizmlə mübarizədə ABŞ-dan başqa istənilən dövlətlə əməkdaşlığa hazırdır. “Lakin mən ABŞ-ın bu terrorçu təşkilatla mübarizəyə ciddi kökləndiyini görmürəm”,-deyə Həsən Ruhani bildirib.

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...