Modern.az

Ermənilər dünyanın müxtəlif ölkələrində Sərkisyan əleyhinə aksiyalar keçirəcək

Ermənilər dünyanın müxtəlif ölkələrində Sərkisyan əleyhinə aksiyalar keçirəcək

Təhsil

1 Sentyabr 2014, 09:19


“Erməni dirçəlişi” adlı hərəkat dünyanın müxtəlif şəhərlərində və Yerevanda Ermənistanın Avrasiya İttifaqına qoşulmasına  qarşı aksiyalar keçirəcək.

Modern.az saytı erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyanın Avrasiya İttifaqına qoşulmaq qərarından sonra aktivistlər sentyabrın 9-da etiraz aksiyaları keçirməyi qərara alıblar. Bundan başqa etirazçılar Ermənistanda siyasi məhbusların azad olunması tələbi ilə də çıxış edəcəklər.

“Erməni dirçəlişi”nin Praqa filialının üzvü Baqrat Arakelyan bildirib ki, tarixin sentyabrın 9-na təyin edilməsi təsadüfi deyil. Çünki məhz bir il bundan əvvəl sentyabr ayının 9-da Serj Sərkisyan Avrasiya İttifaqına girişlə bağlı qərarını açıqlayıb.  

Qeyd edək ki, təşkilatın 10 ölkədə nümayəndəliyi var.  

Aqşin Kərimov      

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı