Modern.az

Almaniya İŞİD-ə qarşı mübarizədə kürdlərə yardım edəcək

Almaniya İŞİD-ə qarşı mübarizədə kürdlərə yardım edəcək

Təhsil

1 Sentyabr 2014, 09:28

Almaniya höküməti İŞİD təhlükəsinə qarşı İraqdakı Kürd Muxtariyyətinə silah yardımı edəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə naziri Ursula Vonder Leyen açıqlama verib. Leyen nazirlərin kansler Angela Merkelin başçılığı altında keçirilən sammitindən sonra xarici işlər naziri Frank-Valter Steinmeyerlə birlikdə mətbuat konfransı təşkil edib.

Almaniyanın İraqın şimalına bu günə qədər 50 milyon avroluq humanitar yardım etdiyini, ancaq böhranın yalnız bu köməklə aradan qaldırılmayacağını vurğulayıb: “Hökumət İŞİD-ə qarşı hərbi mübarizə aparanları dəstəkləyəcək. İŞİD-ə qarşı silahlı mübarizə aparan ABŞ-a təşəkkürümüzü bildirirk. İraqın şimalına hərbi yardımların mərhələli olaraq göndərəcəyik. İlk mərhələdə 4 min nəfərlik Peşmərgənin ehtiyaclarını qarşılayacaq silah və sursat göndərəməyi panlaşdırırıq”. Nazir bu yardımların sentyabr ayı içində göndəriləcəyini deyib. Xarici işlər naziri Frank-Valter Steinmeyer də mətbuat konfransında çıxış edərək İŞİD-in təkcə İraq üçün yox bütün ölkələr üçün təhlükə olduğunu deyib.

Rüfanə GÜNƏŞ  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı