Modern.az

Çinlilərlə nikaha girən uyğurlara pul ödəniləcək

Çinlilərlə nikaha girən uyğurlara pul ödəniləcək

Təhsil

3 Sentyabr 2014, 12:50



Çinin müsəlman uyğurların yaşadığı Sintzyan-Uyğur Muxtar Bölgəsində yeni nikah siyasəti yürüdüləcək.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra bölgənin uyğur sakini milliyətcə çinli olan şəxslə ailə həyatı qurarsa, yerli hakimiyyət tərəfindən həmin uyğura 1620 dollar, yaxud 10 min yuan (Çinin pul vahidi) vəsait ödəniləcək. Öz çinli cütlüyü ilə nikahda yaşadığı hər il üçün isə uyğurlara 8 min dollar ödəniləcək. Bildirilir ki, millətlərarası nikah yolu ilə Çin hakimiyyəti bölgədəki gərginliyi azaltmağa və uyğur xalqını assimilasiyaya uğratmağa çalışır. Bundan başqa, uyğur və çinlinin nikahından doğulan uşaqlar sosial güzəştlər, o cümlədən pulsuz tibbi xidmət və təhsil ala biləcəklər. Millətlərarası nikahlardan doğulan gənclərin ali məktəblərdəki təhsilini hökumət maliyyələşdirəcək.

Amma bütün əlverişli imtiyazlara baxmayaraq, uyğurlar çinlilərlə ailə həyatı qurmağa tələsmir. Qanun qüvvədə olduğu 1 ay ərzində heç bir millətlərarası nikah bağlanmayıb. Ümumilikdə, Sintzyan-Uyğur Muxtar Vilayətində yalnız 54 uyğur-çinli nikahı bağlanıb.

Xatirladaq ki, əslən azərbaycanlılar kimi oğuz mənşəyinə malik olan uyğurlar Sintzyan-Uyğur Vilayətində (Şərqi Türküstan) əhalinin 45 faizini təşkil edir.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı