Modern.az

Putinlə Poroşenko Ukraynanı müzakirə etdi

Putinlə Poroşenko Ukraynanı müzakirə etdi

Təhsil

3 Sentyabr 2014, 12:53

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Pyotr Poroşenko arasında telefon danışığı olub.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, tərəflər Ukraynadakı hərbi və humanitar böhran barədə danışıblar.

“Dövlət başçıları ölkənin cənub-şərqində qarşıdurmaların dayandırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə fikir mübadiləsi aparıblar. İki dövlət başçsının yaranmış böhranlı vəziyytədən çıxış yolları ilə bağlı düşüncələri əsasən üst-üstə düşür?” - deyə Peskov məlumat verib. Xatırladaq ki, Vladimir Putin və Pyotr Poroşenko avqusutun 26-da Minskdə görüşmüşdülər.    

Modern.az       

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı