
“Daxili İşlər Nazirliyinin əməkdaşları bu ilin ilk 6 ayı ərzində ölkə daxilində itkin düşmüş 400-ə yaxın şəxsi taparaq ailələrinə təhvil veriblər”. Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.
“Tapılmayanların sayı çox azdır. Onların da axtarışı üçün tədbirlər davam edir”.
E.Zahidovun sözlərinə görə, bu şəxslərin itkin düşməsində cinayət səbəbi yoxdur:
“Bu şəxslərin itməsinin insan alverinə aidiyyatı yoxdur. Həmin şəxslər müəyyən səbəblərə görə evdən çıxıb gedən, ailəsinə məlumat verməyən şəxslərdir. Elə şəxslər var ki, evdən çıxıb gedir və bir neçə gündən sonra özü qayıdıb gəlir. İtkin düşənlər barədə müraciətlər edilən zaman polis həmin şəxslərin əksəriyyətini tapıb ailəsinə təhvil verir”.
Rüfanə GÜNƏŞ