Modern.az

Nazirlik: “Rayon Təhsil şöbələrinin işçiləri regional idarələrdə işlə təmin olunacaq”

Nazirlik: “Rayon Təhsil şöbələrinin işçiləri regional idarələrdə işlə təmin olunacaq”

Təhsil

3 Sentyabr 2014, 13:47

“Hazırda rayon təhsil şöbələrində çalışan təcrübəli və peşəkar kadrlar regional təhsil idarələrində işlə təmin olunacaqlar”.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, iyulun 24 -də prezident İlham Əliyev Təhsil Nazirliyinin regional idarələri yaradılması ilə bağlı sərəncam imzalayıb.

Nazirlikdən bildiriblər ki, Regional İdarələrinin yaradılması ilə bağlı hazırda işçi qrup fəaliyyət göstərir: “Yeni regional idarələr 2015-ci ilin yanvarın 1-dək fəaliyyətini davam etdirəcək rayon (şəhər) təhsil şöbələrinin bazasında yaradılacaq. Hər bir rayonda təhsil məsələlərinə cavabdeh regional idarələrin nümayəndələri olacaq”.

Rüfanə GÜNƏŞ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...