Modern.az

“ABŞ Ukraynaya görə Rusiya ilə müharibə etməyəcək” - AÇIQLAMA

“ABŞ Ukraynaya görə Rusiya ilə müharibə etməyəcək” - AÇIQLAMA

Təhsil

4 Sentyabr 2014, 10:11


“Rusiya çox təhlükəli addımlar atmağa davam edir. Bu isə gərginliyin eskalasiyasına gətirib çıxarır”.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri CNN telekanlına müsahibəsində ABŞ müdafiə naziri Çak Heygel Ukraynadakı gərgin vəziyyətə görə Rusiyanın daşıdığı məsuliyyətdən danışarkən deyib.

O bildirib ki, konfliktin həlli istiqamətində diplomatiyanın gücsüz qaldığı barədə fikirlərlə razılaşmadığını bildirib. Çak Heygel söyləyib ki, Rusiya Ukrayna sərhədlərinə qanunsuz daxil olmaqda təkid etməyi davam edir. O, ABŞ-ın Rusiyaya qarşı müharibə başladacağı ilə bağlı məsələlərə də toxunub.  

Müdafiə nazirinin sözlərinə görə Ukraynada münaqişənin alovlanmasına baxmayaraq, ABŞ Rusiya ilə hərbi qarşıdurmaya getmək niyyətində deyil. “Biz Ukraynaya görə Rusiya ilə müharibə etməyəcəyik”.  

Aqşin Kərimov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı