
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin NATO-nun Kardif sammiti çərçivəsindəki baş tuta biləcək görüşündən yazıb.
Modern.az sayt xəbər verir ki, amerikalı diplomat bu barədə özünün Twitter səhifəsində qeydlər edib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan dövlət başçısı Serj Sərkisyan NATO-nun sammitində onların güclü bəyanatları əsasında iştirak edirlər.
“Ermənistan və Azərbaycan prezidentləri NATO-nun sammitində bizim birgə dəyərlər və məqsədlər haqqındakı güclü bəyanatımızla iştirak edirlər”,-deyə C. Uorlik yazıb.
Qeyd edək ki, bu gün və sabah Uelsin paytaxtı Kardif şəhərində NATO-nun sammiti olacaq. Tədbirdə NATO-ya üzv və üzv olmayan dövlətlər iştirak edir. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sərkisyan da toplantıya qatılmaq üçün Kardifdədirlər.
Aqşin Kərimov