Modern.az

Ukraynada 4 gürcü zabit ölüb

Ukraynada 4 gürcü zabit ölüb

Təhsil

2 İyul 2015, 13:25



Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Gürcüstan vətəndaşlarının ölümü ilə nəticələnən hadisə barədə xəbər yayıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, keçmiş prezident bu haqda özünün Facebook səhifəsində yazıb.

“Mariupolu müdafiə edən gürcü zabit Kote Laşxia bədbəxt hadisə nəticəsində (dənizdə boğulub) ölüb, buna qədər isə vəzifələrini yerinə yetirən gürcü zabitlər – Qiorqi Canelidze, Aleksandr Qriqolaşvili və Tamaz Suxiaşvili həlak olublar”, - Saakaşvili bildirib.

Keçmiş prezidentin sözlərinə görə, ümumilikdə yüzlərlə gürcü müxtəlif hərbi hissələrdə Ukraynanı müdafiə edirlər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı