Modern.az

Daha bir məşhur opera müğənnisi Dağlıq Qarabağa getdi - VİDEO

Daha bir məşhur opera müğənnisi Dağlıq Qarabağa getdi - VİDEO

Təhsil

2 İyul 2015, 14:27

Rusiyanın və dünyanın tanınmış opera müğənnisi Lyubov Kazarnovskaya Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Modern.az saytının erməni mənbələrinə istinadən yaydığı məlumata görə Lyubov Kazarnovskaya səfəri zamanı Xankəndidə Sayat Nova adına musiqi kollecində master-klass keçir və konsert verir. 

Qeyd edək ki, Lyubov Kazarnovskaya dünyanın əsas opera mərkəzləri olan “Covent Garden”, “Metropolitan Opera”, “Lyric Chicago”, “San Francisco Opera”, “Wiener Staatsoper”, “Teatro Colon”, “Houston Grand Opera”da çıxış edib.

Xatırladaq ki, bundan öncə İspaniyanın populyar opera müğənnisi Monserat Kobalye də Qarabağda olub.

 



Aqşin Kərimov
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!