Modern.az

"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olundu

"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olundu

Təhsil

3 İyul 2015, 16:51


"PAŞA Bank" ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub. Bu vəzifəyə Mir Camal Paşayev təyin olunub.

Ondan öncə bu vəzifəni Ağa-Əli Kamalov tutub. Müşahidə Şurasında daha bir dəyişiklik ondan ibarətdir ki, Arif Paşayev Şuranın üzvlüyündən çıxarılıb.

Hazırda bankın Müşahidə Şurasının üzvləri bunlardadır: Fərid Axundov, Vadim Şneyer, Nəriman Sərdarlı, Kəmalə Nuriyeva.

İdarə Heyətinin sədri Taleh Kazımovdur. İdarə Heyətinin üzvləri Emil Hacıyev, Şirin Əliyeva, Aydın Atakişiyevdir. 

Bankın səhmdarları iki hüquqi şəxs: "PAŞA Holding Ltd." (60%), "Ador Ltd." (30%) və bir fiziki şəxs: Arif Paşayevdir (10%). (Apa)

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı