Modern.az

Timoşenkonun partiyasının ofisini partlatdılar - FOTOLAR

Timoşenkonun partiyasının ofisini partlatdılar - FOTOLAR

Təhsil

4 İyul 2015, 11:33


İyulun 3-dən 4-nə keçən gecə Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun lideri olduğu “Batkivşina” partiyasının Suma şəhərindəki ofisində partlayış baş verib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Sumski vilayəti Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yerli vaxtla gecə saat 2:55-də şəhər milisinin növbətçi hissəsinə edilən anonim zəngdə “Batkivşina”nın ofisində partlayış baş verdiyi deyilib.

Hadisə yerinə gedən milislər partlayış nəticəsində heç kimin xəsarət almadığını müəyyənləşdiriblər. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. “Terror” maddəsi ilə cinayət işinin qaldırılacağı istisna edilmir.    


Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı