Modern.az

Nazim İbrahimovun yeganə oğlu hərbi xidmətə getdi – FOTO

Nazim İbrahimovun yeganə oğlu hərbi xidmətə getdi – FOTO

Təhsil

9 İyul 2015, 13:10

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimov Silahlı Qüvvələrdə hərbi xidmətə yollanıb. Lent.az-ın məlumatına görə, ötən gün hərbi xidmətə yollanan E. İbrahimov “N” saylı hərbi hissədə sıravi əsgər kimi xidmətini aparacaq.

1989-cu il yanvarın 23-də Naxçıvanda doğulan E. İbrahimov Londonda ali təhsil alıb. Bu il təhsilini başa vuraraq hərbi çağırış vərəqəsi əsasında xidməti borcunu yerinə yetirməyə yollanıb.  

Qeyd edək ki, E. İbrahimov N. İbrahimovun yeganə oğludur. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı