Modern.az

Sabirabadda dəhşətli HADİSƏ: Qohumunu öldürdü, özünü güllələdi

Sabirabadda dəhşətli HADİSƏ: Qohumunu öldürdü, özünü güllələdi

Təhsil

11 İyul 2015, 10:38

Sabirabadda dəhşətli hadisə baş verib.

APA-nın Mil Muğan bürosunun məlumatına görə, hadisə  bu gün səhər saatlarında Moranlı kəndində qeydə alınıb.   Kənd sakini, 1974-cü il təvəllüdlü Firdovsi Emin oğlu Təhməzov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il  təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə yetirib.  

Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək  intihar edib.  

Hazırda faktla bağlı araşdırma aparılır.

Modern.az

 


Sizə yeni x var
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!