Modern.az

Həmsədrlər Moskvada nazir müavini ilə Qarabağ problemini müzakirə etdilər

Həmsədrlər Moskvada nazir müavini ilə Qarabağ problemini müzakirə etdilər

Təhsil

13 İyul 2015, 20:50

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryö (Fransa) ilə görüşüb.

Modern.az saytınının məlumatına görə bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Görüşdə ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

Qeyd olunur ki, diplomatlar Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Görüşün təfərrüatları haqqında isə məlumat verilmir.

Aqşin Kərimov
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!