Modern.az

Digiturk “Əl-Cəzirə”nin sahibinə satıldı

Digiturk “Əl-Cəzirə”nin sahibinə satıldı

Təhsil

14 İyul 2015, 12:03

“Əl-Cəzirə”nin da sahibi olan qətərli Bein Media Group “Digiturk”u aldığını açıqlayıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Bein dünən Çukurova qrupu ilə Providence Equity Partners tərəfindən nəzarət edilən fondlara aid olan və “Digiturk” markası altında fəaliyyət göstərən Türk pay-TV platforma qrupunun holdinq şirkəti olan DP Acquisitions BVi satın almaq üçün son bir müqavilə imzalayıb.

Çukurova qrupunun “Digiturk”dəkı ortaqlığına bağlı rəhbərlik haqları 2013-cü ildən bəri TMSF tərəfindən idarə olunurdu.

Bein Medianın rəhbəri Nasser Al-Khelaïfi deyib: ““Digiturk”un satın alınması, yüksək böyümə potensialı olan bazarlarda və inkişaf etmiş bazarlarda qlobal yayılma hədəfimizə çatmamız və yüksək keyfiyyətli yayım təcrübəsini təmin etmək bağlılığımız baxımından çox əhəmiyyətli bir addımdır”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı