Modern.az

Yerevanda aksiya başladı: Mərkəzi küçələr bağlandı

Yerevanda aksiya başladı: Mərkəzi küçələr bağlandı

Təhsil

14 İyul 2015, 21:45

 

Elektrik enerjisinin qiymətinin artırılmasına etiraz məqsədilə yaradılan “Soyğunçuluğa yox!” hərəkatının təşəbbüsü ilə Yerevanda yenidən toplaşan yüzlərlə adam gözlənilmədəm Maştotsa və Əmiryan küçələrinin kəsişməsində oturaq aksiyaya qərar veriblər. Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, təşkilatçılar deyiblər ki, oturaq aksiya öz-özünə ortaya çıxıb.

Onlar əllərində polislərin portretlərini tutaraq iyunun 23-də və iyulun 6-da Baqramyan prospektində nümayişçilərə və jurnalistlərə qarşı zorakılığa görə cəzalandırılmalarını tələb edirlər.

Fəal Maksim Sərkisyanın sözlərinə görə, nümayişçilər prokurorluqdan günahkar hesab etdikləri bütün polislərin cəzalandırılacaqları ilə bağlı təminat alana qədər oturacaqlar.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı