Modern.az

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı

Təhsil

15 İyul 2015, 15:25

İyulun 15-də Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirib. Modern.az xəbər verir ki, tədbirdə Təhsil Nazirliyi təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalsitlər arasında “Maarifçi mətbuat” devizi altında təşkil edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb və nazirliyin internet saytının (www.edu.gov.az) yeni versiyasının təqdimatı olub.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan milli mətbuatında 140 illik yubileyi münasibətilə təhsil mövzusunda cəmiyyəti məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında maarifçi mətbuat devizi altında Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqənin əsas məqsədi təhsil proseslərinin geniş ictimaiyyətə daha yaxından çatıdırlmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, təhsildən yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək və KİV-lə səmərəli əməkdaşlığın təkan verməkdən ibarətdir

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və MŞ-nın sədri Əflatun Amaşov Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışladıqlarını və belə tədbirlərin gələcəkdə də keçiriləcəyinə ümidvar olduğunu bildirib, media nümayəndələrini təbrik ediblər.

Müsabiqədə qalib gəlmiş jurnalistlərə Təhsil Nazirliyinin fəxri fərmanı və qiymətli hədiyyələri təqdim  edilib. Mükafatlandırılan jurnalistlər arasında Modern.az-ın əməkdaşı da olub.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı