Modern.az

Kamal Kılıçdaroğlu AKP ilə koalisiya şərtini açıqladı

Kamal Kılıçdaroğlu AKP ilə koalisiya şərtini açıqladı

Təhsil

20 İyul 2015, 15:12



Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Ədalət və İnkişaf Partiyası  (AKP) ilə koalisiya hökuməti üçün “qanunsuzluqların üzərinə gedilməsini” şərt qoydu. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Kılıçdaroğlu deyib: “Hesab istəməmək CHP-ni bağlamaq kimi bir şey olar”.

CHP lideri koalisiya hökuməti qurulması ilə bağlı danışıqlarda mövqelərini açıqladıqlarını da vurğulayıb: “Biz prinsiplərimizi elan etdik. İndi top, bizim yox, AKP-nin sahəsindədir. AKP-nin bu fikirlərimizi nə dərəcədə qəbul edəcəyi və ya etməyəcəyinin fərqindəyik. Bizim başqa planımız yoxdur”.

AKP ilə koalisiyaya isti baxmayan bəzi partiyaların narahatlığını də qiymətləndirən CHP lideri bu ifadələri işlədib: “AKP ilə bir koalisiya hökuməti qurulması halında, qanunsuzluqların üstünə getməmək kimi bir şey əsla mövzu ola bilməz. Bu məsələdə kimsə tərəddüd və narahat olmasın”.

Modern.az
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı