Modern.az

"Qarabağ" Avropadan qələbə ilə qayıdır - YENİLƏNİB

"Qarabağ" Avropadan qələbə ilə qayıdır - YENİLƏNİB

Təhsil

23 İyul 2015, 00:34


İyulun 23-nə keçən gecə Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Modern.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb.

Komandamız Moneteqroda yerli “Rudar”la cavab qarşılaşması keçirir.

Ağdam təmsilçisi cütün favoriti sayılsa da, Bakıda keçirilən ilk oyunda qeydə alınan qolsuz heç-heçə cavab matçına marağı artırıb.

Komandamız növbəti mərhələyə keçmək üçün ya qalib gəlməli, ya da qollu heç-heçə etməlidir.

Bolqarıstanlı baş hakim Georgi Kabakov idarə etdiyi oyunun ilk hissəsi başa çatıb. Hesab hələ ki açılmayıb...

***

Qoool!!!!!

56-cı dəqiqənin tamamında Reynaldo "Qarabağ"ı hesabda irəli çıxardı - 1:0.

***

Matç "Qarabağ"ın qələbəsilə yekunlaşdı - 1:0.

***

Beləliklə, "Qarabağ" Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəldi. Komandamız bu mərhələdə Şotlandiyanın güclü "Seltik" klubuna rəqib olacaq. İlk oyun bu ayın sonlarında Şotlandiyada baş tutacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır