Modern.az

Zakir Həsənov Fransa səfiri ilə hərbi-siyasi vəziyyəti müzakirə edib - FOTO

Zakir Həsənov Fransa səfiri ilə hərbi-siyasi vəziyyəti müzakirə edib  - FOTO

Təhsil

28 İyul 2015, 16:08


Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər hərbi sahədə uğurla inkişaf edən əlaqələri müzakirə edib və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Görüşdə iştirak edən Fransa Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Andre Evrar fəaliyyət müddətinin başa çatması ilə əlaqədar ölkəmizdəki xidməti dövründən və əməkdaşlıqdan məmnunluq ifadə edərək gələcəkdə də Azərbaycanın daim səmimi dostu olaraq qalacağını bildirib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!