Modern.az

“Qarabağ” bu gecə "Seltik"ə qarşı oynayacaq

“Qarabağ” bu gecə "Seltik"ə qarşı oynayacaq

Təhsil

29 İyul 2015, 09:20


Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları keçiriləcək. Modern.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxacaq. Komandamız Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşacaq.
“Qarabağ” Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən ilk komanda olacaq.  Ağdam təmsilçisi Şotlandiya səfərindən hanı nəticə ilə qayıdacaq, bunu axşam biləcəyik.

Maraqla gözlənilən qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.  

Qlazqo şəhərindəki “Seltik Park” stadionunda keçiriləcək "Seltik" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan) oyununun baş hakimi Robert Şörgenhofer (Avstriya) olacaq.

Oyunun yayımını Azərbaycan Dövlət Televiziyası – AzTV həyata keçirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...