Modern.az

Azərbaycanda kəndlinin traktorunu oğurladılar

Azərbaycanda kəndlinin traktorunu oğurladılar

Təhsil

31 İyul 2015, 13:52

İyulun 30-na keçən gecə Daşkəsən rayonunun Xoşbulaq kəndindən kənd sakini Əmrah İsmayılova məxsus “MTZ-80” markalı traktor qaçırılıb. Modern.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, traktor Təzəkənd kəndinin ərazisində tapılıb.

Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakini Nəriman Əliyev tərəfindən törədildiyi müəyyən edilib.

RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!