Modern.az

Yasamalda yaşayış binasında yanğın baş verib

Yasamalda yaşayış binasında yanğın baş verib

Təhsil

4 Avqust 2015, 23:07

Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 1 otaqlı mənzilin mətbəxındə 4 kv.m sahədə mətbəx mebeli, 2-ədəd plastik pəncərə yanıb, digər mətbəx əşyaları qismən qarsalanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 8 kv.m sahədə əriyib.

Yanğınsöndürənlər tərəfindən mənzildə həcmi 5 litr olan, məişətdə istifadə edilən qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı