Modern.az

25 milyon dollarlıq rəsm əsərini qaçırmağa çalışıblar

25 milyon dollarlıq rəsm əsərini qaçırmağa çalışıblar

Təhsil

4 Avqust 2015, 23:30


Fransa gömrükçüləri Pablo Pikassonun dəyəri 25 milyon dollarlıq olan "Gənc qadının başı" ("Tete de jeune fille") rəsm əsərinin qaçırılmasının qarşısını alıb. Həmin əsəri qadağalara baxmayaraq, İsveçrəyə aparmağa cəhd ediblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, gömrük işçiləri rəsm əsərini Korsika adasında gəmidə aşkar ediblər. Dəyərli əsər 79 yaşlı məşhur ispan bankiri Ceymi Botenə məxsusdur. Boten həmçinin rəsm əsərini daşıyan gəminin məxsus olduğu şirkətin səhmdarıdır. Bankirin özü gəmidə olmayıb. 

Gəminin kapitanı yalnız bir sənəd - rəsmin qiymətləndirilmə protokolunu təqdim edib. Protokolda həmçinin deyilir ki, rəssamın bu əsəri ölkənin mədəni dəyəri kimi tanınıb və İspaniya ərazisini tərk edə bilməz. 

Qeyd edək ki, 2012-ci ildə rəsmin sahibi öz kolleksiyasının qiymətli eksponatını Böyük Britaniyaya aparmaq üçün icazə almağa cəhd edib, lakin onun xahişi İspaniya Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunmayıb. 

Hazırda Fransa hökuməti öz ispan həmkarlarından şəklin qaytarılması barəsində sorğu gözləyir.

 Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı