Modern.az

Üçəm əkiz bacılar eyni universitetə qəbul olundular

Üçəm əkiz bacılar eyni universitetə qəbul olundular

Təhsil

7 Avqust 2015, 09:43

Antalyanın Muratpaşa mahalında yaşayan üçüzlər Aralıq dənizi Universitetinin Tibb takültəsinə qəbul olunublar. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, İsmayıl-Ümmüşen Kozak cütlüyünün 18 il əvvəl üç qızları dünyaya gəlib. Əsli, Başaq və Dəniz adı verilən üçüzlər ibtidai təhsili və liseyi  müvəffəqiyyətlə tamamlayıblar.

Universitet imtahanlarına hazırlaşan bacılar həkimlik xəyallarını reallaşdıra bilmək üçün girdikləri imtahandan bir-birinə yaxın ballar toplayıblar. Üçüzlər eyni universitetə yerləşmək üçün seçim siyahılarını da bənzər şəkildə hazırlayıblar. Üç bacının ilk seçimləri Aralıq dənizi Universitetinin Tibb fakültəsi olub. Böyük xoşbəxtlik yaşayan qızlar, universitetdə qeydiyyata da düşüblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı