Modern.az

Sərdar Cəlaloğlu hələ də o partiyanın adını AÇIQLAMIR: “Tanınmışdır”

Sərdar Cəlaloğlu hələ də o partiyanın adını AÇIQLAMIR: “Tanınmışdır”

Təhsil

7 Avqust 2015, 12:07


““Qarabağ” seçki blokuna qoşulmaq istəyən partiya rəhbərliyi ilə müzakirələrimiz olub. Amma qərara almışıq ki, yekun nəticə olmadan proses haqqında mətbuata məlumat verib ictimaiyyətin diqqətini yayındırmayaq”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.   ADP lideri bildirib ki, yeni partiya “Qarabağ” blokunun tərkibinə daxil olacağı təqdirdə, təfərrüatı ilə əlavə məlumatlar veriləcək.    

Sərdar Cəlaloğlu həmin partiyanın adını açıqlamasa da, onun tanınmış bir təşkilat olduğunu bildirib.

“Tanınmış və təcrübəli bir partiyadır”,-deyə o söyləyib.  

Qeyd edək ki, “Qarabağ” blokuna ADP və Ümid Partiyası daxildir.  

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...