Modern.az

AFFA-dan BƏYANAT: “Pisləyirik”

AFFA-dan BƏYANAT: “Pisləyirik”

Təhsil

10 Avqust 2015, 14:27


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) jurnalistin ölümü ilə bağlı bəyanat yayıb.

Modern.az-ın məlumatına görə bəyanatda qeyd edilir ki, 2015-ci il avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri alıb, avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.  

AFFA mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir.  

AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.    

Modern.az

 
Sizə yeni x var
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!