Modern.az

Türkiyədə İŞİD üzvü olan 3 rus tutuldu

Türkiyədə İŞİD üzvü olan 3 rus tutuldu

Təhsil

10 Avqust 2015, 16:46


Adanada İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının üzvü olan 3 xarici vətəndaş tutulub.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, şübhəlilərin Rusiya vətəndaşı olduqları öyrənilib.

Türkiyə Silahlı qüvvələrinin Baş Qərargahının internet saytındakı xəbərdə bildirilir ki, Adana El Jandarma Komandirliyi Adana Yumurtalıkda İŞİD terror təşkilatı mənsubu olduğu ehtimal edilən 3 xarici vətəndaşı tutub.

Dünən saat 11 radələrində tutulan 3 adamın Rusiya vətəndaşı olduğu və jandarmadakı sorğularının davam etdiyi öyrənilib.    

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!