Modern.az

Fidel Kastro doğum günündə yenə ABŞ-ı ittiham etdi

 Fidel Kastro doğum günündə yenə ABŞ-ı ittiham etdi

Təhsil

13 Avqust 2015, 23:36

 

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Kubanın əfsanəvi lideri Fidel Kastro 89-cu ad günündə uzun müddət çəkən sükutu pozub və ABŞ-Kuba danışıqları ilə bağlı öz fikirlərini açıqlayıb.

Yerli “Granma” qəzetində çap olunan məktubunda Kastro yazır ki, şəxsən ABŞ-a inanmır, ancaq buna baxmayaraq, danışıqlara dəstək verir. 

Onun sözlərinə görə, rəsmi Vaşinqton 53 ildir Kubaya qarşı tətbiq etdiyi embarqoya görə Havanaya külli-miqdarda kompensasiya ödəməlidir.

Xatırladaq ki, Fidel Kastro yaşlılıqdan və ciddi xəstəliyindən dolayı fəal həyatdan çəkilərək, iqtidarı qardaşı Raula buraxıb. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!