Modern.az

Türkiyə və İrandan quş əti və yumurta idxalı məhdudlaşdırılır

 Türkiyə və İrandan quş əti və yumurta idxalı məhdudlaşdırılır

Təhsil

14 Avqust 2015, 22:48

 

Modern.az Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə istindən  xəbər verir ki, Azərbaycan Türkiyə və İrandan quş əti və yumurtanın idxalını məhdudlaşdırıb.

Türkiyənin 13, İranın isə 1 vilayəti istisna olmaqla, qalan bütün vilayətlərdən məhsul gətirilir.

Çünki quş əti və yumurtanın gətirilməsinin qadağan olduğu vilayətlərdə quş qripi yayılıb: "Digər vilayətlərdən isə məhsullar həmin bölgələrin yerli baytarlıq xidmətlərinin zəmanəti əsasında buraxılır". Xidmət rəsmisi əlavə edib ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 5 202 ton toyuq əti, 29,53 mln. damazlıq yumurta gətirilib. Ümumiyyətlə, Azərbaycana quş əti Braziliya, Türkiyə və İrandan idxal olunur. Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı