Modern.az

Türkiyə daha bir şəhid verib, üç əsgər yaralanıb

Türkiyə daha bir şəhid verib, üç əsgər yaralanıb

Təhsil

18 Avqust 2015, 20:55

 

Bu gün Türkiyənin Diyarbəkir şəhərinin Nice rayonunda PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verib.

Modern.az Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 hərbçi yaralanıb. Yaralı əsgərlər helikopterlə Diyarbəkir Dəclə Universiteti Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilib. Toqquşmada ağır yaralanan əsgərlərdən biri həkimlərin müdaxiləsinə baxmayaraq, xilas etmək mümkün olmayıb. Əsgərlərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir. 

Qeyd edək ki, Diyarbəkir valiliyi avqustun 17-də yerli vaxtla saat 21:00-dan bu gün saat 07:00-a qədər küçəyə çıxma yasağı elan etmişdi.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!